Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2025 19:56
Bloger və qarışıq döyüş növü üzrə döyüşçü Korney Tarasov sərxoş xanım tanışı tərəfindən ehtiyatsızlıqdan aldığı zərbədən sol gözünü itirib.
Sonxeber.net bildirir ki, o bir gün əvvəl Sankt-Peterburqda ziyafətdə baş verən hadisə barədə danışıb.
"Xanım dostum içki içir, söyüş söyürdü, ona dedim ki, içməyi dayandır. O isə qəfil gözümə vurdu. Gözlənilməz zərbə olduğu üçün qaça bilmədim. O, çox güclü idi", -deyə Tarasov deyib.
Bildirilib ki, döyüşçünü xəstəxanaya aparıb, əməliyyat ediblər. Həkimlər gözün çıxarılmasına ehtiyac qalmaması üçün hər şeyi etməyə davam edirlər. Lakin Tarasovun dediyinə görə, görmə qabiliyyəti itib və bərpa olunmayacaq.
"Mən heç kimə qarşı ifadə verməmişəm və verməyəcəyəm də. Mənə yaxın olan birini qınaya bilmərəm. Sadəcə, sağ əlini yellədi və sol gözümə dəydi", - Tarasov qeyd edib.
Döyüşçü ümid edir ki, gələcəkdə donor toxumasının köməyi ilə görmə qabiliyyətini bərpa edə biləcək. Eyni zamanda qeyd edib ki, zədə səbəbindən böyük ehtimalla pop MMA-da karyerasını bitirəcək. /Musavat.com