Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 azərbaycanlı ağır həbs cəzası aldı

10 azərbaycanlı ağır həbs cəzası aldı

Tarix: 17 Yanvar 2025 23:40

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi 10 azərbaycanlı mədəni fəalın apellyasiya şikayətini rədd edərək, ilkin məhkəmə instansiyasının verdiyi ağır həbs cəzasını təsdiqləyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Azərbaycanlı fəallar "casusluq"da, "milli təhlükəsizliyə qarşı fəaliyyət"də, "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq"da ittiham olunurlar.

Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14, Araz Aman Zərrinabad 13, Bağır Hacızadə Məzrəə 13, Kərəm Mərdanə Məstəlibəyli 11, Tahir Nəqəvi 6, Salar Tahir Əfşav 5, Mürtəza Pərvin Cuda 6, Həsən İbrahimi 3, Səid Minayi Qışlaq 5 və Fatimə Atəş Xiyavinəsəb 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayında Güney Azərbaycanın müxtəlif şəhərlərində saxlanılaraq Evin həbsxanasına köçürülüblər.

Onlardan bir neçəsi dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, əksəriyyəti həbsdə saxlanılıb.


Etiketlər:  azərbaycanlı ağır həbs cəzası aldı


RƏYLƏR