Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2025 00:10
Türkiyə Super Liqasında XX turun oyunları keçirilir.
Sonxeber.net xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.
"Cimbom" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş qarşılıqlı hücumlar şəraitində keçib.
Matçda hesabı hataylılar açıb. Cemali Sertel fərqlənib.
Lakin "sarı-qırmızılılar" bərabərlik topunu vurmağı bacarıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib.
Görüş elə bu hesabla nəticələnib - 1:1.
Qeyd edək ki, "Qalatasaray" 52 xalla liderliyini davam etdirir. Onu 42 xala malik "Fənərbaxça" izləyir.