Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pis oynasaydıq, ''Atletiko''ya qalib gəlməzdik'' - Valverde

''Pis oynasaydıq, ''Atletiko''ya qalib gəlməzdik'' - Valverde

Tarix: 7 Dekabr 2019 09:44

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandasındakı vəziyyət haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis onlar üçün mövsümün həlledici hissəsinin olduğunu deyib: "Pis oynasaydıq, Vanda Metropolitanoda "Atletiko"ya qalib gəlməzdik. Bəli, bəzən çox yaxşı oynamadan qalib gəlirsən. Amma bir qayda olaraq La Liqanı qazanan komanda ən yaxşı çıxış edəndir. Mövsümün həll edici hissəsidir. Komanda güclüdür və bunun dəyişməsini istəmirik. Çox tənqiddən sonra iki səfər matçında qalib gəldik. Biz çempionatın lideriyik. Komanda həmişə yaxşı oynamağa çalışır. Bu hərdən alınır, hərdən də yox. Fikrimiz hər zaman ən yaxşı oyunumuzu göstərməkdir".

Qeyd edək ki, "Barselona" La Liqadakı növbəti görüşünü bu gün evdə "Malyorka"ya qarşı keçirəcək.

 


Etiketlər:  oynasaydıq Atletikoya qalib gəlməzdik Valverde


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ