Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2025 12:08
Rusiyanın Vladiqafqaz şəhər sakini Oleq Qusovun ailəsi Ermənistandan olan mineral su istehsalçısına və onun Rusiya nümayəndələrinə qarşı 1,5 milyard rubl iddia qaldırıb.
Sonxeber.net yerli mediaya istinadla bildirir ki, 2024-cü ilin fevralında Qusov, ekspertizaya görə, tərkibində sirkə turşusu olan mineral su içdikdən sonra daxili orqanlarının yanıqlarından dünyasını dəyişib.
Yaxınları müalicə xərcləri də daxil olmaqla kompensasiya ödənilməsini, vəziyyət aydınlaşana qədər su satışının dayandırılmasını tələb edirlər.
İş üzrə istintaq davam edir. Ermənistana edilən müraciətlər cavabsız qalır. Güman edilir ki, turşu qabın yuyulması zamanı şüşəyə daxil ola bilər./lent.az