Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dilində danışa bilməyən müğənni bu dəfə mükafatın adını səhv yazdı - FOTO

Azərbaycan dilində danışa bilməyən müğənni bu dəfə mükafatın adını səhv yazdı - FOTO

Tarix: 21 Yanvar 2025 14:15

Bu il "Altın Kələbək" mükafatına layiq görülən azərbaycanlı müğənni Rilaya Hüseynzadə sosial şəbəkədə etdiyi paylaşımda mükafatın adını səhv yazıb.

Sonxeber.net xəbər verir ki, müğənni İnstaqram hesabında mükafatlandırılma gecəsindən foto paylaşıb.

O, paylaşımda "Altın Kələbək" yerinə "altın kəpək" yazıb.

Mükafatlandırma mərasimində geyindiyi libası paylaşan ifaçı "Altın Kəpəkdə tədbirində don mənə uğur gətirdi" qeydini yazıb.

Xatırladaq ki, bundan öncə də "Altın Kələbək" mükafatlandırma mərasimində çıxış edən Rilaya Hüseynzadənin Azərbaycan dilində danışmaqda çətinlik çəkməsi sosial şəbəkələrdə tənqid edilmişdi./bizim.media


Etiketlər:  Azərbaycan dilində danışa bilməyən müğənni dəfə mükafatın adını səhv yazdı FOTO


RƏYLƏR