Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2025 20:06
Fransa prezidenti Emmanuel Makron Avropanı "ayılmağa" və Donald Trampın hakimiyyətə qayıdışından sonra müdafiəyə daha çox pul xərcləməyə çağırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Le Monde" yazıb.
"Amerikalı müttəfiqimiz Aralıq dənizindən hərbi gəmilərini geri çəksə, sabah Avropada nə edəcəyik?" - deyə o, təəccüblə bildirib.
Makron xəbərdarlıq edib ki, Ukraynadakı müharibə sabah və ya o biri gün bitməyəcək, gəlin özümüzü aldatmayaq.
Fransa prezidenti vurğulayıb ki, Avropa müdafiəsi üçün məsuliyyəti daha çox öz üzərinə götürməlidir: "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz". /Bizim.Media