Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2025 06:48
Türkiyə sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 243 minə yaxın insanın yaşadığı Manisa şəhərindən 135 km şimal-qərbdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.