Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2025 09:52
Rusiya silahlı qüvvələrinin artımını nəzərə alsaq, 2029-2030-cu illərdə NATO ölkələrinə hücum etməyə çalışacağına dair nəzəri ehtimal qalır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius "Delfi" nəşrinə açıqlamasında deyib.
Onun fikrincə, məhz buna görə NATO-nun müdafiə qabiliyyətinin təmin edilməsi xüsusilə vacibdir.
Nazir bildirib ki, hərbi ekspertlər Rusiyada baş verən hadisələri diqqətlə izləyir və bu ölkənin silahlı qüvvələrinin nəzərəçarpacaq dərəcədə böyüməsinə işarə edir:
"Orada hərbi sənaye ciddi şəkildə inkişaf edir, çoxlu tanklar və təyyarələr istehsal olunur və bu o deməkdir ki, Rusiya silahlı qüvvələri əhəmiyyətli dərəcədə artır. 2026-cı ilə qədər onların sayı yəqin ki, 1,5 milyon hərbçiyə çatacaq".