Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2025 22:32
ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu açıqlamasından sonra neftin dəyəri kəskin şəkildə aşağı düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "İnterfaks" məlumat yayıb.
Belə ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 20:35-ə 78,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,58 dollar (0,73%) azdır.
Nyu-York əmtəə birjasında (NYMEX) mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.