Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2025 09:04
Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşı orta hesabla 15% artırılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə müvafiq qərar imzalanıb.
Qərara əsasən, ali məktəbin dekan və dekan müavinlərinin aylıq vəzifə maaşına 30%-ə qədər əlavə edilib.
Kafedra müdirlərinin akademik və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs yükünə görə aylıq vəzifə maaşı 20%-ə qədər artırılıb.
Tibb fakültəsinin professor-müəllim heyətinin aylıq vəzifə maaşına 40%-ə qədər əlavə edilib.
Tədrisi ingilis dilində olan ixtisaslarda tədrislə məşğul olan professor-müəllim heyətinin aylıq vəzifə maaşında artım isə 90%-ə olub. (Teleqraf.com)