Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampa ilk zərbə: Mask ABŞ-nin əzəli “düşməni” ilə RAZILAŞDI

Trampa ilk zərbə: Mask ABŞ-nin əzəli “düşməni” ilə RAZILAŞDI

Tarix: 24 Yanvar 2025 17:46

ABŞ Prezidenti Donald Trampın yeni administrasiyada formalaşdırdığı komandanın tərkibi ölkədə müzakirələrə səbəb olub.

Xüsusilə seçki kampaniyası müddətində Trampa ən çox dəstək verən milyarder İlon Maskın yeni hökumətdəki rolu birmənalı qarşılanmayıb. Onun vacib vəzifələrə təyinat prosesinə, eyni zamanda veriləcək qərarların məzmununa müdaxilə etməyə çalışdığı bildirilir.

Həmçinin İlon Maskın Trampın qalibiyyətindən sonra bir neçə ölkənin hökumətlərini tənqid atəşinə tutması və "X" platformasına hədəfə alması da narazılıq doğurub.

Maskın məqsədi nədir? Onun fəaliyyəti hansı istiqamətdə davam edəcək?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, yeni prezidentin komandasında çalışacaq şəxslər cəmiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilib:

"Şübhəsiz ki, ən çox müzakirə edilən də dünyanın ən zəngin adamı statusunda olan İlon Maskdır.

Tramp Maskı sözünə sadiq qalaraq Hökumətin Səmərəliliyinin Artırılması üzrə Federal Agentliyin rəhbəri təyin edib. Kifayət qədər gücü və nüfuzu olan milyarderin Trampın tabeliyində çox da yüksək olmayan bir vəzifədə işləməyə razılıq verməsi bir qədər müəmmalıdır və bəzi sualları meydana çıxarır. İlk növbədə milyarderin yeni nazirlərin təyinatı məsələsinə etdiyi kobud müdaxilələr komandada yüksək vəzifə tutan digər şəxslərin ciddi narazılığına səbəb olub.

Məsələn, yeni prezident ədliyyə və ticarət nazirlərini müəyyən edərkən Mask bu prosesə kobud şəkildə müdaxilə edib. O, açıq şəkildə özünü vitse - prezident kimi aparır və tamamilə təşəbbüsü əlinə almaq istəyir".

Politoloqun sözlərinə görə, Trampla Mask arasında Çin məsələsinə görə ciddi fikir ayrılıqları mövcuddur:

"Bir tərəfdən Tramp Çindən idxal olunan mallara 60% rüsumun tətbiqini təklif edir, digər tərəfdən isə Mask özü bu ölkədə yeni müəssisələr açır. Hazırda  Şanxay şəhərində "Tesla"nın giqafabriki yerləşir. Milyarder aprelin sonunda Çinin Baş naziri Li Tsyan ilə görüşdə bu ölkədəki zavodunu şirkətin ən yaxşı müəssisəsi adlandırıb. O bildirib ki, "Tesla" qarşılıqlı faydalı nəticələr əldə etmək üçün Çinlə əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu isə ciddi problem deməkdir".

Z.Əmrəliyev Donald Trampın Pekinə qarşı sərt siyasətinin Maskda ciddi narazılıq yaradacağını qeyd edib:

"Xarici siyasət məsələsində yeni Dövlət katibi Marko Robio ilə milyarderin toqquşması gözləniləndir. Robio Çinə qarşı sərt xəttin tərəfdarıdır və onun Dövlət Departamentinin rəhbəri təyin edilməsində bu amil xüsusi rol oynayıb. Şübhəsiz ki, Maskın istədiyi Trampın siyasi xəttini özünün biznes maraqlarına uyğunlaşdırmaqdır. Ancaq kifayət qədər iddialı və populist siyasətçi olan, sərhədlər tanımayan Trampın onun  üstünlüyünü qəbul edəcəyi gözlənilən deyil.

4 il siyasi həyat üçün çox böyük olmasa da, bu müddət ərzində Tramp-Mask ittifaqının sabit qalacağı şübhəlidir. Bir çox amillər göstərir ki, milyarderlə prezidentin müttəfiqliyinin ömrü uzağı Çinə qədər olacaq".


Etiketlər:  Trampa zərbə Mask ABŞ əzəli düşməni ilə RAZILAŞDI


RƏYLƏR