Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2025 00:38
Xəbər verdiyimiz kimi, İsrail adminstrasiyası HƏMAS-ın saxladığı dörd qadın əsgərin müqabilində 121-i ömürlük məhbus olmaqla 200 fələstinli girovu azad edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, azad olunan həmyerlilərini qarşılayan fələstinlilər Ramallah şəhərində böyük izdiham yaradıblar.
Yayılan görüntülərdə girovları daşıyan avtobusu müşayiət edən fələstinlilər müxtəlif şüarlar səsləndiriblər. "All of them home now!" (Hamısı indi evdədir) sözləri yazılan pankart sosial şəbəkələrdə viral olub.
Qeyd edək ki, Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasının ilk, 42 günlük mərhələsində İsrailin Qəzzada əsir saxlanılan 33 israillinin müqabilində 737-si ömürlük cəza da daxil olmaqla 1904 fələstinli məhbusu azad edəcəyi gözlənilir.