Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

Prezident Avstraliya İttifaqının General-Qubernatorunu təbrik etdi

Tarix: 26 Yanvar 2025 11:27

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostinə ölkənin Avstraliyanın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım General-Qubernator.

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Etiketlər:  Prezident Avstraliya İttifaqının General Qubernatorunu təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ