Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2025 21:42
Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətində problem yaranıb.
Sonxeber.net xəbər verir ki, bu barədə o, jurnalistlərlə müsahibəsində deyib.
Lukaşenkonun sözlərinə görə, Rusiyada və Belarusda H1N1 - donuz qripi yayılıb:
"Mən hələ ölmək fikrində deyiləm. Xəstələnməyimə gəlincə, güman ki, hokkey oyununda virusa yoluxdum. Çünki orda tərləmişdik, hamı bir-biri ilə qucaqlaşıb, şəkil çəkdirirdi. Ondan sonra qrip oldum və səsim batdı. Artıq sağalıram". (Globalinfo.az)