Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə yanan hotelin sahibi onları günahlandırdı

Türkiyədə yanan hotelin sahibi onları günahlandırdı

Tarix: 27 Yanvar 2025 00:30

Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelinin sahibi Halit Ergül 78 nəfərin ölümü ilə nəticələnən yanğında hotel işçilərini təqsirləndirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ergül prokurorluqda və məhkəmədə dindirilərkən məsuliyyəti mətbəxdəki elektrik cihazlarının vəziyyətinə cavabdeh olan aşpaz və mətbəx işçiləri, mühafizəçilər və yanğın siqnalizasiya düymələrini idarə edən elektrik ustasının üzərinə qoyub.

Qeyd olunur ki, hoteldə yanğın restoran zonasında başlayıb, yanğın nərdivanı isə tüstünü yuxarı mərtəbələrə qaldıran baca funksiyasını yerinə yetirib. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib. Hadisə zamanı binada yanğın siqnalizasiyası və tüstüdən təmizləmə sistemi işləməyib.

İstintaq çərçivəsində 15 nəfər saxlanılıb. Bolu bələdiyyə sədrinin müavini, yanğınsöndürmə xidmətinə məsul şəxs, rəis müavini və yanğınsöndürmə xidmətinin əməkdaşları məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Boluda istirahət mərkəzində güclü yanğın baş verib.


Etiketlər:  Türkiyədə yanan hotelin sahibi onları günahlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ