Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün “Qarabağ” son oyununa çıxır

Bu gün “Qarabağ” son oyununa çıxır

Tarix: 30 Yanvar 2025 11:10

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

Sonxeber.net xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da sonuncu - 8-ci turun oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlib. "Qarabağ" qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub edib. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.

Bugünkü oyun isə "Qarabağ" üçün formal xarakter daşıyacaq. 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan "Olimpiakos" isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.

31 yanvar, Avropa Liqası Liqa mərhələsi, 8-ci tur

00:00.

"Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Redu Petresku (Rumıniya)

Pirey. "Georgios Karaiskakis" stadionu


Etiketlər:  gün Qarabağ oyununa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ