Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 23:48
23:47
Ermənistan paytaxtı İrəvanın mərkəzində Azərbaycan dilində "Qarabağ" mahnısını ifa edən İran vətəndaşı saxlanılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İran İslam Respublikası vətəndaşı 40 yaşlı Millard Vahid yaşadığı ünvanda polis tərəfindən saxlanılıb. Onun saxlanılmasına səbəb isə kobud davranışları olub:
"Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin İcma Polis Baş İdarəsinin Erebuni şöbəsinə bir vətəndaşın ictimai asayişi kobud şəkildə pozması barədə əməliyyat məlumatı daxil olub. O, şəhər avtobusunda insanlara qarşı hörmətsizlik edib, nalayiq davranışlar nümayiş etdirib", - nazirliyin məlumatında qeyd olunub.
Məlumata görə, iranlı həbs edilərək ER Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin təcridxanasına aparılıb. (Unikal)
-----------
15:35
Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.
Sonxeber.net erməni mətbuatına istinadən xəbər verir ki, mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində "Qarabağ" mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.
Görüntülər yanvarın 30-da sosial şəbəkələrdə peyda olub və sürətlə internetdə yayılaraq istifadəçilərin reaksiyasına səbəb olub.
Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar. Erməni təhlükəsizlik qüvvələri onların adlarını açıqlayıb: Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafari.
Eyni zamanda, qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma görünənə görə, belə videoların internetdə yayılması qadağandır.
"Biz həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırırıq", - deyə xüsusi xidmətdən bildirilib./oxu.az