Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2025 19:26
Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq.
Sonxeber.net xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının XIII turunun oyunundan sonra deyib.
Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Əsl oyunumuzu göstərə bilmədik. Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq. 8 oyunluq qələbə seriyamız vardı. Hakimliklə bağlı müəyyən sözlər demək istəyirəm. Bu gün "Şəki"yə hörmət göstərilməlidir. "Sabah" komandası kimi 10 matçda qalib gəlmişik. Ancaq bizə qarşı hörmət göstərmədiklərinin şahidi oluram. Hər matçda eyni problemləri yaşayırıq. Mən qalib gəldiyimiz zaman da bunu hakimlərə söyləmişdim".
Qeyd edək ki, "Şəki" - "Sumqayıt" qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.