Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zirəddinin Azərbaycan proqnozu: Aprel və iyulda zəlzələ gözlənilir

Zirəddinin Azərbaycan proqnozu: Aprel və iyulda zəlzələ gözlənilir

Tarix: 2 Fevral 2025 09:18

Öncədən verdiyim zəlzələ proqnozu daha çox Orta Asiya ölkələri, o cümlədən Çin, Tayvan, Malaziya, Yaponiya, İndoneziyaya aiddir.

Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

Ekstrasens bildirib ki, sözügedən ölkələrin qonşularının da təhlükə ilə üzləşmə ehtimalı var:

"Mən Mərkəzi Asiya və Avropa qitəsində yerləşən ölkələri təbii fəlakətlər gözlədiyi haqda proqnoz vermişdim. Buna zəlzələ, qasırğa və daşqınlar daxildir. Elə ən çox da daşqınlar olacaqdır".

O, Azərbaycanla bağlı gözləntilərini də açıqlayıb:

"Azərbaycanda aprel, may, iyun və iyul ayları seysmoloji cəhətdən aktiv aylardır və yeraltı təkanlar baş verə bilər".

Qeyd edək ki, Zirəddin Rzayev bir neçə gün öncə Teleqram kanalında zəlzələ və qasırğalarla bağlı fevral ayının aktiv oldğunu və 7 yevrala qədər bir neçə ölkədə yeraltı təkanların olacağını bildirib.


Etiketlər:  Zirəddinin Azərbaycan proqnozu Aprel iyulda zəlzələ gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ