Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İrəvan bu addımı atsa, çökəcək''

''İrəvan bu addımı atsa, çökəcək''

Tarix: 2 Fevral 2025 13:38

Avrasiya İqtisadi İttifaqından çıxmaq buğda, günəbaxan yağı, qaz və bir çox digər malların qiymətlərinə yenidən baxılmasına gətirib çıxara bilər, həmçinin Ermənistandan Rusiyaya ixracı xeyli çətinləşdirə bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu erməni iqtisadçı ekspert Qrayr Kamendatyan deyib.

O qeyd edib ki, Aİİ-dən çıxmaqla ölkənin ərzaq təhlükəsizliyi üçün əhəmiyyətli risklər yaranacaq:

"Bundan əlavə, ittifaqı tərk etmək qaz qiymətlərinə yenidən baxılmasına gətirib çıxara bilər ki, bu da qiymət artımının zəncirvari reaksiyasına səbəb olacaq".

Qeyd edək ki, Ermənistan hökuməti AB-yə üzvlük prosesinin başlanması üçün parlamentə qanun layihəsi təqdim edib. Nikol Paşinyan 31 yanvarda keçirdiyi mətbuat konfransında "Aİİ-də özlərini pis hiss etmədiklərini", ancaq "Ermənistanda AB-nin Aİİ-dən daha sərfəli yol olduğuna inanan çoxlu vətəndaş" olduğunu bildirib.


Etiketlər:  İrəvan addımı atsa çökəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ