Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki gündə 200 zəlzələ oldu

İki gündə 200 zəlzələ oldu

Tarix: 3 Fevral 2025 09:00

Egey dənizindəki Kiklad arxipelaqı adalarında son iki gündə maksimumu 4,5 maqnitudalı olmaqla 200 zəlzələ baş verib, hakimiyyət bazar ertəsi məktəbləri bağlamaq qərarına gəlib və vətəndaşlara, təşkilatlara üzgüçülük hovuzlarından suyu boşaltmağı tövsiyə edib, çünki bu, tikililərin və binaların yırğalanmasına kömək edir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı ilə Mübarizə və Mülki Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, Santorini yaxınlığında seysmik aktivlik azalmaqda davam edir. "Bununla belə, son 48 saat ərzində Santorini və Amorqos arasındakı Anidros bölgəsində maqnitudası 4,5 olan 200-dən çox zəlzələ baş verib. Anidros ərazisindəki hazırkı seysmik aktivlik şimal-şərqdən cənub-qərbə doğru yönəlmiş sualtı qırılmalar nəticəsində yaranıb və vulkanik fəaliyyətlə bağlı deyil", - məlumatda deyilir.

Hakimiyyət fevralın 3-də məktəblərin bağlanması və qapalı yerlərdə izdihamın qarşısını almaq da daxil olmaqla qabaqlayıcı tədbirlər təklif edib. Seysmoloqlar həmçinin təhlükəli tikinti konstruksiyalarının sökülməsini, hovuzlardan suyun boşaldılmasını, şəhər və kənd yollarında, xüsusən sürüşməyə meyilli ərazilərdə hərəkət edərkən təhlükəsiz marşrutların seçilməsini, güclü seysmik təkanlar zamanı sahilyanı ərazilərin dərhal boşaldılmasını məsləhət görüblər.


Etiketlər:  İki gündə zəlzələ oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ