Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2025 16:40
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılacaq.
Sonxeber.net xəbər verir ki, bununla bağlı məsələ "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında qanun layihəsi bir oxunuşda qəbul olunub.
Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə 2015-ci il noyabrın 1-dən etibarən qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla digər yoxlamalar dayandırılıb.