Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Volkan Demirel QOVULDU

Volkan Demirel QOVULDU

Tarix: 3 Fevral 2025 17:26

Türkiyənin Super Liqa təmsilçisi "Bodrumspor" komandaya yenicə rəhbər gətirdiyi baş məşqçi Volkan Demirellə müqaviləni sonlandırıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun verdiyi məlumata görə, Demirel ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Əldə edilən pis nəticələr rəhbərliyi bu addımı atmağa məcbur edib.

Qeyd edək ki, ötən mövsüm TFF 1. Liqadan tarixində ilk dəfə Super Liqaya yüksələn Muğla təmsilçisi "Bodrum FK" İsmet Taşdemir ilə müqaviləni ləğv edib yerinə Volkan Demirel ilə anlaşmışdı.

Keçmiş qapıçının rəhbərliyi ilə komanda cəmi 2 qələbə qazana bilib. 1 noyabrda vəzifəsinin icrasına başlayan Volkan Demirel klubu 13 matça çıxarıb və 0.77 xal ortalaması ilə oynayıb. Sözügedən oyunlarda 2 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət qeydə alınıb.

Tural


Etiketlər:  Volkan Demirel QOVULDU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ