Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2025 23:30
Nikola Zaniolo karyerasını "Fiorentina"da davam etdirəcək.
Sonxeber.net xəbər verir ki, müqavilə ilə "Qalatasaray"a məxsus olan futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
"Fiorentina" "Qalatasaray"a 3,2 milyon avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, mövsümün birinci hissəsini "Atalanta"da keçirən Zaniolo 14 oyunda 2 qol vurub. (qol.az)