Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Snouden əfv olunacaq?

Snouden əfv olunacaq?

Tarix: 4 Fevral 2025 07:54

ABŞ prezidenti Donald Tramp Rusiyadan sığınacaq almış ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin əfv olunması imkanını hazırda müzakirə etməyə hazır olmadığını bildirib.

Sonxeber.net xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Hazırda bu barədə danışmıram. Çox böyük fikir ayrılığı var. Bəziləri deyir ki, o, əfv edilməlidir. Bəziləri deyir ki, bu, dəhşətli olardı. Mən buna qarışmıram", - Tramp çıxışı zamanı deyib.

Qeyd edək ki, Tramp bundan əvvəl Snoudeni əfv etməyi düşünəcəyini demişdi. O qeyd edib ki, bu mövzu son dərəcə mübahisəlidir. /APA


Etiketlər:  Snouden əfv olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ