Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 07:56
Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan "Roketsan" tərəfindən hazırlanan "Tayfun" adlı uzaqmənzilli ballistik raket sisteminin növbəti test atışı həyata keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, test atəşi Rize şəhərində baş tutub. Atış prosesi problemsiz keçib.
Qeyd edək ki, bu ballistik raketin 3-cü sınaq atəşidir. Digər sınaq atışları 2022 və 2023-cü illərdə həyata keçirilmişdi.