Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Nə qədər olar, adamın üzü gəlmir...”

“Nə qədər olar, adamın üzü gəlmir...”

Tarix: 5 Fevral 2025 07:05

Aktyor Elməddin Cəfərov "Qapqara" yutub layihəsindəki açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, aktyor Həcc ziyarətində olarkən Allahdan nəsə istəməyə utandığını bildirib:

"İnsanlar Kəbə evi ilə qarşılaşanda dualar edirlər. Yolda fikirləşirdim ki, nə dua edim? Artıq nə istəyim? Ayıbdır axı. Bütün ömrüm boyu istəmişəm. Övlad, iş, sağlamlıq ver. Xətadan bəladan qoru, nə qədər olar. Adamın üzü gəlmir. Kəbə evi ilə qarşılaşanda "Allahım sənin üçün nələrsə etməyə, vəd verməyə gəlmişəm. Söz verirəm ki, bunları etməyəcəyəm. Təbii ki, ehtiyacım olanda yanlız sənə sığınıb, səndən istəyəcəyəm. Bəndə olaraq çalışacağam ki, sənə layiqli olum. Özüm vədlər verdim, çox xoşbəxt oldum". (Axşam.az)


Etiketlər:  qədər olar adamın üzü gəlmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ