Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevinc Heydərovanın lisenziyası ləğv edildi

Sevinc Heydərovanın lisenziyası ləğv edildi

Tarix: 5 Fevral 2025 12:08

Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.  

Sonxeber.net bildirir ki,  Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib. 

Qərara əsasən, Sevinc Heydərovanın platik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. 

Əldə etdiyimiz məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. 

Lent.az Sevinc Heydərova ilə əlaqə saxlamağa çalışsa da telefona köməkçisi cavab verib. 

O, saytımıza açıqlamasında hazırda işləmədiklərini və Sevinc Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonar qayıdacağını qeyd edib. 

Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib. 

"İnternational Medical Centre"dən də saytımıza bu barədə açıqlama verilməyib. 


Etiketlər:  Sevinc Heydərovanın lisenziyası ləğv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ