Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2025 07:05
Müğənni Xatirə İslam həmkarı Nadir Qafarzadənin fikirlərinə dəstək olub.
Sonxeber.net xəbər verir ki, o, ad çəkmədən Əməkdar artist Teymur Əmrahı tənqid edən Nadirə bunları yazıb
"Nadir bu sözümü ömür boyu yadında saxla. Sən bundan sonra hardasa mənim xətrimə dəysən, məni itələyib yıxsan da, inciyib küsməyəcəm. Sənə bu videoya görə öz minnətdarlığımı bildirirəm bunu tək sən etdin. Heç kim məndən inciməsin hərənin öz yeri var qəlbimdə, mən də hamının sənətinə və özünə hörmətlə yanaşıram. Hər janrda musiqini dinləyirəm, sadəcə ona pis oldum ki, bir sənətkar ehtiyac üçün pul verilsin deyə hamının beyninə nəyisə, kimisə peşəkar kimi qəbul etdirmək istəyir, ona çox kövrəldim. Allah imkansızlığın üzünü qara etsin. Biz həmin sənətkarı da yanımıza çəkməliyik, onuda toylara salmalıyıq ki, bu yollara əl atmasın, günah bizdədir, sənətkarımızı ac qoyuruq, kömək etmirik, oda kimlərisə tərifləmək məcburiyyətində qalır. Bu gün çox ağladım o müsahibəni görəndə, Allah şahiddir ki, indi də ağlaya-ağlaya yazıram.
Qeyd edək ki, T. Əmrah müğənni Damlanı ad günü münasibətilə təbrik edib. Videoda Əməkdar artist Damla üçün "Mahir ifaçı" ifadəsini işlədib. Daha sonra isə "Əsərlərini dinləyirəm", - deyə, bildirib. Bu gün qonaq olduğu "Gün ortası" verilişində də Şəbnəm Tovuzlunun səsini isə tərifləmiş, dünyadakı ən zil səslərdən biri olan "kolorit soprano" olduğunu demişdi. (olay)