Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2025 10:38
İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorunun öndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.
Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.
İlkin məlumata görə, qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və ya quyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.