Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü

CAR-da mədəndə qəza nəticəsində 4 fəhlə öldü

Tarix: 9 Dekabr 2019 00:32

Bakı. Trend:

Cənubi Afrika Respublikasının Orkni şəhərindəki qızıl mədənində çökmə nəticəsində baş verən qəzada 4 fəhlə ölüb.

Trend-in məlumatına görə, hadisə dekabrın 7-si günorta saatlarında baş verib. Çökmə nəticəsində 5 fəhlə mədəndə iflic vəziyyətdə qalıb. Xilasetmə əməliyyatı nəticəsində fəhlələrdən birini xilas etmək mümkün olub. Ölən fəhlələrin cəsədləri dekabrın 8 mədəndən çıxardılıb.

CAR-nın Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ötən il ölkədə mədənlərdə 81 nəfər ölüb.


Etiketlər:  CAR da mədəndə qəza nəticəsində 4 fəhlə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ