Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub

Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub

Tarix: 9 Dekabr 2019 01:20

Tanınmış müğənni, Xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” stendini ziyarət edib.

Trend-in məlumatına görə, Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.

Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.


Etiketlər:  Xalq artisti Röya Ayxan Bakutel 2019 sərgisində italiyalı robotla birgə mahnı oxuyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ