Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərini çaydanla döyüb ÖLDÜRDÜ - FOTO

Ərini çaydanla döyüb ÖLDÜRDÜ - FOTO

Tarix: 7 Fevral 2025 19:10

Britaniyalı qadın kişini çayniklə döyərək öldürüb. 

Sonxeber.net bildirir ki, 36 yaşlı Yelizavet Ann Svini 26 iyun 2023-cü ildə polisə müraciət edib. Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 49 yaşlı Nil Colinin meyitini tapıblar.

Meyitə baxış keçirən kriminalistlər küt əşya ilə yumruq və zərbələrin izlərini aşkar ediblər. Colinin başında və bədənində hematomalar müəyyən olunub. Müstəntiqlər hesab edirlər ki, Svini çaydanı silah kimi istifadə edərək ərini öldürüb.

Mübahisənin konkret səbəbləri barədə məlumat verilmir. Məhkəmədə Svini özünü müdafiə etmək üçün belə etdiyini və günahsız olduğunu deyib. Buna baxmayaraq, bir neçə məhkəmə prosesindən sonra münsiflər heyəti yekdilliklə onu təqsirli bilib. 

Martın 3-də hökm oxunacaq. /Lent.az


Etiketlər:  Ərini çaydanla döyüb ÖLDÜRDÜ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ