Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''la görüşdə meydanı tərk edən klubu hansı cəza gözləyir?

''Qalatasaray''la görüşdə meydanı tərk edən klubu hansı cəza gözləyir?

Tarix: 10 Fevral 2025 14:12

Xəbər verdiyimiz kimi, dünən keçirilən "Qalatasaray"- "Adana Dəmirspor" matçı 30-cu dəqiqədə dayandırlıb.Buna səbəb "Adana Dəmirspor" komandasının meydanı tərk etməsi olub.

Sonxeber.net türk mediasına istinadla xəbər verir ki, "Qalatasaray"la görüşdə meydanı tərk edən "Adana Dəmirspor"u ciddi cəzalar gözləyir.

Keçmiş hakim Deniz Çobanın sözlərinə görə, bu hərəkətə görə "Adana Dəmirspor"dan üç xal silinəcək və oyun "Qalatasaray"ın 3:0 texniki qələbəsi ilə başa çatacaq. Həmçinin, ən ciddi cəzalarından biri də "Adana Dəmirspor"un Türkiyə Super Liqasından kənarlaşdırılması ola bilər.

Bu, icazəsiz olaraq oyunun dayandırılması və meydanı tərk etmək səbəbindən komandanın aşağı liqaya düşməsinə səbəb ola bilər. Keçmişdə də "Adana Dəmirspor" bənzər səbəblərlə cəzalandırılıb və üç xal itirib.


Etiketlər:  Qalatasarayla görüşdə meydanı tərk edən klubu hansı cəza gözləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ