Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2025 23:16
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "For Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Sonxeber.net bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 54, mənzil 41, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Azad Fikrət oğlu Azadovdur.