Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2025 00:40
Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, sənətçi saçına boya qoymasını tənqid edənlərə cavab verib. "Qonaqcanlı" verilişində danışan M.Ağayev bildirib ki, xına və saç boyası kişilər üçündür:
"Hamı istəyir yaraşıqlı, cavan olsun, qəşəng geyinsin. Məni müasir biri bilmirlər. Çox müasirəm, amma əndazəsində. Bir kişinin üzündə çapıq varsa, düzəltirirsə, burnu əyridirsə əməliyyat etdirirsə, nə gözəl. Saçında tük yoxdursa, arxadan çıxardıb önə əkirlərsə nə yaxşı. Etdirmişəm. Xına, boya üstünə kişi yazılıb. Bu, kişi üçün yaradılıb. Hər zaman deyirəm ki, gedin ərəb ölkələrinə bir nəfər saçı ağ adam tapın göstərin". (Axşam.az)