Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2025 14:28
Braziliya Futbol Konfederasiyasının rəhbərliyi hələ də "Real"ın məşqçisi Karlo Ançelotti ilə razılığa gələcəklərinə ümid edir.
Sonxeber.net xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.
Mənbənin sözlərinə görə, konfederasiyanın nümayəndələri İspaniya Superkubokundan sonra italiyalı mütəxəssisin ətrafı ilə əlaqə saxlayıb və ona DÇ-2026-nın sonuna qədər milli ilə işləməyi təklif ediblər.
İddia olunur ki, Ançelottiyə bu barədə düşünmək üçün may ayına qədər vaxt verilib.
Braziliya futbol rəsmiləri hələ də Ançelottini millinin baş məşqçisi postuna ən yaxşı namizəd hesab edirlər. Onların hələlik başqa variantları yoxdur. /Publika.az