Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bazarlarda bu meyvələr fantastik qiymətə satılır - VİDEO

Bazarlarda bu meyvələr fantastik qiymətə satılır - VİDEO

Tarix: 13 Fevral 2025 06:28

Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ

Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..

Mövsümü, əsasən, yay ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur..

Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.

Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.

Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.

Daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Bazarlarda meyvələr fantastik qiymətə satılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ