Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 08:06
"Qarabağ"dan ayrılan Riçard Almeyda sosial şəbəkə hesabında vida paylaşımı edib.
Sonxeber.net xəbər verir ki, o, Ağdam təmsilçisinə hər şeyə görə təşəkkürünü bildirib:
"Komandanın rəhbər şəxsləri, işçilər və bütün heyət üçün darıxacağam. Uca tanrı məni "Qarabağ" klubuna gətirməklə şərəfləndirdi. Bu komanda ilə kuboklar, medallar və bir çox nailiyyətlər əldə etdim, arzularım gerçəkləşdi. "Qarabağ"a daha da böyüməyi arzu edirəm. Hər şey üçün sonsuz təşəkkürlər".
Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovla da bağlı xoş sözlər yazıb, ona hər zaman minnətdar olacağını vurğulayıb:
"Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, mənim ustadım, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi...
Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəm. Çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, atam".