Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya ulduzları Türkiyəyə gəlir - FOTO

Dünya ulduzları Türkiyəyə gəlir - FOTO

Tarix: 13 Fevral 2025 16:25

Məşhur rejissor Kristofer Nolanın yeni filmi "The Odyssey"in bəzi səhnələri Türkiyənin Ordu bölgəsində- Ceyson burnunda çəkiləcək.

Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, dünya şöhrətli aktyor heyətinə Matt Damon, Charlize Theron, Tom Holland, Zendaya, Anne Hathaway və Robert Pattinson kimi məşhur simalar daxildir.

"The Odyssey" filmi Troya müharibəsindən sonra Odisseyin təhlükəli səyahətini və arvadı Penelopa ilə qovuşmasını əks etdirir. Film 2026-cı ildə kinoteatrlarda nümayiş olunacaq.

Türkiyə filmi çəkiliş meydançasına çevrilərək beynəlxalq kino sənayesində diqqət mərkəzinə düşməyə davam edir.


Etiketlər:  Dünya ulduzları Türkiyəyə gəlir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ