Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 22:52
"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) maraqlı rekorda imza atıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ingilis futbolçu Münhen klubunun heyətində turnirdəki ilk 20 oyunda 20 qolun vurulmasında (15 qol və 5 məhsuldar ötürmə) iştirak edib. İndiyədək heç bir futbolçu buna nail ola bilməyib.
Qeyd edək ki, Keyn ötən gün ÇL-in pley-off mərhələsinin "Seltik"lə ilk matçında da (2:1) qol vurmağı bacarıb.