Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Tarix: 15 Fevral 2025 20:03

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxendə Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım olunub.

Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik tərəfdaşlığının bir sıra aspektləri, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadiyyat, kommunikasiyalar, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəmdə olub.

Nazir regiondakı son vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi barədə də məlumat verib.


Etiketlər:  Ceyhun Bayramov Hakan Fidanla görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ