Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2019 11:32
İsveçrə millisinin futbolçusu Manuel Akanci Avro-2020-nin final mərhələsi barədə danışıb.
Qol.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan Dortmund "Borusiya"sının müdafiəçisi Avropa çempionatının matçlarının Bakıda və ya Londonda keçirilməsinin fərqinin olmadığını deyib: "Çox yaxşı qrupdayıq. Seçmə mərhələdəki 10 qələbədən sonra İtaliya yığması favoritdir. Ancaq irəliləmək üçün yaxşı şanslarımız var. Bu da istəyimizdən asılıdır. Əlbəttə, optimal qrup deyil. Ancaq mənim üçün fərqi yoxdur, öz oyunumuzu oynamalı və qalib gəlməliyik. İstər Bakıda, istərsə də Londonda".
Qeyd edək ki, İsveçrə, İtaliya, Türkiyə və Uelsin yer aldığı A qrupunun oyunları Roma və Bakıda keçiriləcək.