Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəbəri oxuyanda gözümdən yaş axdı''

''Xəbəri oxuyanda gözümdən yaş axdı''

Tarix: 16 Fevral 2025 19:15

"Ağdərənin kəndələrinə köç başlayıb. Xəbəri oxuyanda gözümdən yaş axdı. Həmin an atamla anamı düşündüm. Onlar xəstədir, gedib kəndimizi görməyiblər. Atam gedib görüb. Amma anam gedib görməyib, oğlunun məzarını ziyarət etməyib".

Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. O bildirib ki, ən böyük arzusu valideynlərinin işğaldan azad olunmuş Ağdırıyı getməsidir:

"Gecə-gündüz Allaha dua edirəm ki, onlara ömür versin və köç karvanında kəndimizə gedə bilsinlər. Onlara ölüm yazmısansa da, ertələ. Anamın ən böyük arzusu oğlunun məzarını ziyarət etməkdir. Bir tərəfdən sevinirik ki, yurdumuza gedirik. Digər tərəfdən içimdə kədər var ki, görəsən, valideynlərim ora yetişəcək. Onlardan sonra da verilişi zorla aparıram".  (Axşam.az)


Etiketlər:  Xəbəri oxuyanda gözümdən yaş axdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ