Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2025 12:18
"Real Madrid" mövsümün sonunda heyətini gücləndirmək üçün braziliyalı futbolçu Vinisius Junioru klubdan göndərə bilər.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, klub Vinisiusun satışından əldə ediləcək büdcə ilə 3 ulduz futbolçunu transfer edə bilər. "Fichajes"də dərc edilən xəbərə görə, Kilian Mbappeni transfer edən "Real" Endrik və Arda Gülerə daha çox oyun şansı verməklə yanaşı, heyətə yeni futbolçular cəlb etmək istəyir. "Real"ın transfer hədəfində "Arsenal"ın ulduz müdafiəçisi Villiam Saliba, "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtz və "Sporting Lissabon"un futbolçusu Viktor Qyokeres var. "RMC Sport" Villiam Saliba üçün "Real"ın fantastik məbləğ irəli sürə biləcəyi barədə xəbərlər dərc etmişdi.
Qeyd edək ki, Vinisius Juniora Səudiyyə Ərəbistanı klublarından təklif olduğu barədə xəbərlər dərc edilib. Məlumata görə, futbolçu 5 illik təklifi qəbul edərsə, 1 milyard avro gəlir əldə edə bilər.