Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şakira xəstəxanaya yerləşdirildi

Şakira xəstəxanaya yerləşdirildi

Tarix: 17 Fevral 2025 12:35

Dünya şöhrətli kolumbiyalı sənətçi Şakira qastrol səfəri çərçivəsində Perunun paytaxtı Limada çıxış etməyə hazırlaşarkən xəstəxanaya yerləşdirilib.

Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, Şakira verdiyi açıqlamada, xəstəliyinə görə konsertin təxirə salındığını bildirərək pərəstişkarlarından üzr istəyib:

"Dünən axşam qarın ağrısı səbəbindən təcili yardıma getməli olduğumu və hazırda xəstəxanada olduğumu təəssüflə bildirirəm. Həkimlər bu axşam çıxış edəcək qədər yaxşı olmadığımı söylədi. Ümid edirəm ki, sabah daha yaxşı olacağam və sizlər üçün hazırladığım şounu təqdim etmək üçün ən qısa zamanda xəstəxanadan çıxacağam" .

Qeyd edək ki, Şakira ötən həftə Braziliyada başlayan turnesi çərçivəsində 10 ildən sonra ilk dəfə Limada səhnəyə çıxmalı idi. Hazırda onun səhhəti ilə bağlı son vəziyyət diqqətlə izlənilir.

Fidan


Etiketlər:  Şakira xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ