Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadisə Sinan Akçılı RƏDD ETDİ

Hadisə Sinan Akçılı RƏDD ETDİ

Tarix: 17 Fevral 2025 14:40

Hadisə Sinan Akçılı münsif heyətindən uzaqlaşdırdı

Türkiyənin məşhur "O Səs Türkiyə" musiqi yarışmasında Sinan Akçılın münsiflər heyətində yer alacağı gözlənilirdi. Lakin bu plan məşhur müğənni Hadisənin müdaxiləsi ilə dəyişdi.

Sonxeber.net xarici KİV-ə istinadən xəbər verir ki, hadisə proqramla müqaviləsinə xüsusi bir maddə əlavə etdirib. Bu maddə ilə keçmiş sevgilisi Sinan Akçılın münsiflər heyətində olmamasını şərt qoydu.

O Səs Türkiyə münsiflər heyətində kimlər var?

Nəticədə, Sinan Akçıl layihədən uzaqlaşdırıldı və Hadisə yenidən yarışmada münsif olaraq iştirak edir. Hazırda münsiflər heyətində Melike Şahin, Gökhan Özoğuz, Beyazıt Öztürk və Hadisə var. Yarışmanın ikinci bölümündə Hadisə ilə Melike Şahin arasında "təcrübə" mövzusunda maraqlı dialoq yaşanıb. Hadisə, təcrübəsinə güvəndiyini bildirərkən, Melike Şahin isə təravətinə güvəndiyini vurğulayıb. Bu dialoq sosial mediada böyük əks-səda doğurub.(lent.az)


Etiketlər:  Hadisə Sinan Akçılı RƏDD ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ