Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İştirakımız olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq''

''İştirakımız olmadan qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq''

Tarix: 17 Fevral 2025 18:06

"Ukraynanın iştirakı olmadan Səudiyyə Ərəbistanında qəbul ediləcək heç bir razılaşmanı tanımayacağıq".

Sonxeber.net bildirir ki,  bunu Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanında Rusiya və ABŞ rəsmiləri arasında görüşü şərh edərkən deyib.

O bildirib ki, danışıqların detalları barədə məlumatı şəxsən bu ölkənin baş naziri Məhəmməd bin Salmandan öyrənəcək.

V. Zelenski eyni zamanda BƏƏ-yə səfəri zamanı neftin qiymətinin azaldılması məsələsini də qaldıracağını deyib. Ukrayna lideri əlavə edib ki, buna yalnız ABŞ lideri Donald Tramp nail ola bilər:

"Mən buna kimin nail olacağını bilmirəm. Hesab edirəm ki, neftin qiymətinin azaldılması üçün kifayət qədər resurslara məhz rəsmi Vaşinqton daxildir. Məncə o, qarşısına məqsəd qoysa, buna nail olacaq". /Apa


Etiketlər:  İştirakımız olmadan qəbul ediləcək heç razılaşmanı tanımayacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ