Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aysun: “Sanma ki, sənsiz olmaz” - VİDEO

Aysun: “Sanma ki, sənsiz olmaz” - VİDEO

Tarix: 17 Fevral 2025 18:15

Ayrılıq, boşanma xəbərləri ilə gündəmdən düşməyən Aysun İsmayılovanın daha bir paylaşımı gündəm olub.

Sonxeber.net  xəbər verir ki, müğənni bu dəfə "dünyam gözəlləşdi sən gedən andan" deyərək paylaşım edib.

Mahnılı paylaşımları ilə qarşı tərəfə "söz vurduğu" deyilən Aysun paylaşımı da söz-söhbət yaradıb. Bir neçə gün öncə "özledim", "hardasan, ay sevgilim" deyən ifaçının yeni videosu izləyiciləri arasında çaşqınlıq yaradıb.

Qeyd edək ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə 2 ildir ki, evlidir və onların 1 qızı var. Bu yaxınlarda boşanmaq üçün hüquqi prosedurlara başladıqları deyilən cütlük arasında qalmaqal səngimir. Necə deyərlər, hər iki tərəf bir-birinə "soyuq müharibə" elan edib.


Etiketlər:  Aysun Sanma sənsiz olmaz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ